“Gələcəyin memarları” adlı tədbir keçirilib
12 avqust 2026 | 09:24
“Gələcəyin memarları” adlı tədbir keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "12 Avqust – Beynəlxalq Gənclər Günü” manasibətilə “Gələcəyin memarları” adlı tədbir keçirilib.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Çingiz Quliyev çıxışlarında gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən və qarşıda duran prioritet məsələlərdən bəhs ediblər. Tədbir qarşılıqlı müzakirə və maraqlı diskussiya ilə davam edib.






