“Gənclər arasında ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı, hüquq pozuntularının, məişət zoralılğının, narkomanlığın QİÇS-in və digər zərərli vərdişlərin yayılmasının qarşısının alınması yolları” mövzusunda seminar keçirilib.
12 avqust 2025 | 11:33
“Gənclər arasında ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı, hüquq pozuntularının, məişət zoralılğının, narkomanlığın QİÇS-in və digər zərərli vərdişlərin yayılmasının qarşısının alınması yolları” mövzusunda seminar keçirilib.
12 avqust 2025-ci il tarixdə Beyləqan rayonu ərazisi, 500 ailəlik Xocavənd qəsəbəsi, Rayon İcra Hakimiyyətinin iclas zalında Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman idarəsi Xocavənd rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Gənclər arasında ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı, hüquq pozuntularının, məişət zoralılğının, narkomanlığın QİÇS-in və digər zərərli vərdişlərin yayılmasının qarşısının alınması yolları” mövzusunda seminar keçirilib. Seminarda bildirilib ki, cəmiyyətin əsas dayaqlarından biri hüququn aliliyidir. Hüquqi dövlətin mövcudluğu üçün vətəndaşların hüquq normalarına hörmətlə yanaşması və bu normalara əməl etməsi vacibdir. Bu kontekstdə gənclər xüsusi əhəmiyyət daşıyır. Çünki onlar yalnız cəmiyyətin gələcəyi deyil, həm də bu günün fəal iştirakçılarıdır. Həmçinin qeyd olunmuşdur ki, gənclər qanunlara əməl etməklə həm öz gələcəyini, həm də dövlətin sabitliyini qoruyur. Hüquq pozuntularının qarşısını almaq üçün hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli və ətrafındakıları da bu yolda maarifləndirməlidir.
Məişət zoralılğı, narkomaniya və QİÇS-lə bağlı çıxışlarda bildirilib ki, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda, insanların həyatına, sağlamlığına ciddi təhlükə yaradır. Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri də sağlam nəslin formalaşdırılmasıdır. Yeniyetmə və gənclər arasında QİÇS və narkomaniya hallarının qarşısının alınması məqsədi ilə dövlət səviyyəsində bir sıra proqramlar qəbul edilərək icra olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Həmçinin, seminarda təbliğat və maarifləndirmə işinin genişləndirilməsi, narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin gücləndirilməsinin vacibliyi xüsusilə vurğulanıb. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.






