Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər arasında dini radikalizmin profilaktikası və dövlət-din münasibətləri”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

19 oktyabr 2023 | 16:44
   19 oktyabr 2023-cü il tarixdə Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ili çərçivəsində “Gənclər arasında dini radikalizmin profilaktikası və dövlət-din münasibətləri”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycan respublikasının bu gün sözün əsl mənasında dünyada nümunə göstərilə biləcək bir dövlətə çevrildiyini qeyd etmişdir. Natiq çıxışında bildirmişdir ki, şagirdlərin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu bildirmişdir. Bəzi dövlətlər əslində “İslamafobiya” adı altında qorxu yaradaraq nəinki ayrı-ayrı dinləri, eyni zamanda dinlər daxilindəki cərəyan və təriqətləri üz-üzə qoymaqla bütün bəşəri sivilizasiyaları bir-birinə qarşı radikallaşdırırlar. Bəziləri hətta çox sürətlə inkişaf edən ölkəmizdə də təriqətlərarası radikallaşdırma təbliğatı aparmağa çalışırlar. Lakin Azərbaycan dövləti həmişə bütün dinlərə və mədəniyyətlərə qarşı tolerantlıq nümayiş etdirir, ehtimal olunan hər hansı xarici təxribatların qarşısını vaxtında alır. Dinindən, irqindən, milliyətindən asılı olamayaraq bütün Azərbaycan vətəndaşlarının hüquqları qorunur. Nicat Şirinov bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din siyasəti daha da möhkəmləndirilmiş və tolerantlıq mühitinin inkişaf etdirilməsinə təkan verilmişdir.
  Tədbirdə çıxış edən Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan humanizmin və multikulturalist dəyərlərin müstəsna rolu olduğunu vurğulamışdır. Azərbaycan Respublikasının dünyəvi dövlət olduğunu xatırladan Aslan Quliyev, vətənimizdə dini-mənəvi dəyərlərə, ayrı-ayrı millətlərin dinlərinə hörmətlə yanaşıldığını bildirmişdir. Natiq çıxışında qeyd etmişdir ki, bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini-fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Bu, təkcə bizim məmnunluq və iftixar hissi ilə söylədiyimiz fakt deyil, həm də mütərəqqi dünyanın, beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir.
  Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilmişdir.
Keçidlər