Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri" mövzusunda dəyirmi masa

01 mart 2024 | 11:46

    01 mart 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında "Gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri" mövzusunda dəyirmi masa  keçirilmişdir. Tədbirdə  Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayon sektorunun əməkdaşları, gənclər, könüllülər iştirak etmişlər.

    Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva qeyd etdi ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir. Təbiəti qorumaq hər birimizin borcudur. Ona görə də, istər şəhərdə, istərsə də kənd yerlərində yaşamağımızdan asılı olmayaraq ekoloji cəhətdən sağlam mühitdə yaşamaq naminə üzərimizə düşən mənəvi və maddi borcu yerinə yetirməliyik. Sonda gənclər mövzü ətrafında fikirlərini bildirdilər və onları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər