Gənclər arasında sağlam həyat tərzinin təbliği ilə əlaqədar tədbir keçirilmişdir.
02 noyabr 2023 | 09:56
Gənclər arasında sağlam həyat tərzinin təbliği ilə əlaqədar tədbir keçirilmişdir.
02 noyabr 2023-cü ildə Xocavənd Rayon Tuğ kənd tam orta məktəbində Gənclər arasında sağlam həyat tərzinin təblığı barəsində tədbir təşkil olunmuşdur. Tədbirdə çıxış edən Qarabağ Regional Gənclər və İdman idarəsinin Xocavənd rayonu üzrə Gənclər və idman sektorunun müdiri Aslan Quliyev çıxışında bildirmişdir ki, sağlam həyat tərzi gündəlik həyatımızın ən əhəmiyyətli tərəflərindən biridir. Sağlam həyat tərzi dedikdə təkcə idman vasitələrindən istifadə etmək nəzərdə tutulmur, eyni zamanda zərərli vərdişlərdən uzaq durmaq da bura daxildir. Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Həsənov Orxan çıxışında bildirmişdir ki, narkotik vasitələrdən istifadə günümüzün ən böyük bəlalarından biridir. Hər bir gənc sağlam həyatın tərəfdarı olmalı, narkotik vasitələr də daxil olmaqla bütün zərərli vərdişlərdən uzaq olmalıdır.
Tədbirin sonunda şagirdlər fikirlərini bildirmişlər.