Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi məqəsdi ilə "Qızlardan Cəmiyyətə" adlı tədbir keçirildi.
08 may 2025 | 09:23
Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsi Şirinzadə Aysunun təşəbbüsü, Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Qızlar müzakirəyə qoşulur" layihəsi çərçivəsində gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi məqəsdi ilə "Qızlardan Cəmiyyətə" adlı tədbir keçirildi. Tədbirdə iştirakçıların fikirləri dinlənilib, müzakirələr aparılıb. Sonda tədbirdə fəal iştirak etdiklərinə görə iştirakçılar təşəkkürnamə ilə təltif olunublar.






