Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması mövzusunda tədbir keçirilmişdir.
01 dekabr 2025-ci il tarixində Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində "Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə və ailə məsuliyyətinin formalaşdırılması" "mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov bildirmişdir ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. Ölkəmizdə ailə dəyərlərinin qorunub, saxlanılması, milli adət-ənənələrimizdən geniş söhbət açaraq bildiriblər ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Dəyərlərimizi qoruyub saxlamaq hər birimizin borcudur.






