Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə və ailə məsuliyyətinin formalaşdırılması mövzusunda tədbir keçirilmişdir

07 dekabr 2023 | 09:27

   07 dekabr 2023-cü il tarixində Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində "Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə və ailə məsuliyyətinin formalaşdırılması" "mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Orxan Həsənov bildirmişdir ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır.

Keçidlər