Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onların ailə məsuliyyətinin formalaşdırılması" mövzusunda tədbir təşkil olunmuşdur.

09 dekabr 2024 | 16:22

Xocavənd Rayon Salakətin kənd tam orta məktəbində "Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onların ailə məsuliyyətinin formalaşdırılması" mövzusunda tədbir təşkil olunmuşdur. Tədbirdə bildirilmişdir ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır.

Keçidlər