Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərinin artırılması ilə bağlı maarifləndirici diskussiya keçirilmişdir.

15 mart 2024 | 09:44
Gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərinin artırılması ilə bağlı maarifləndirici diskussiya keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Yeni Xocavənd qəsəbəsində fəaliyyət göstərən Xocavənd rayon 4 saylı tam orta məktəbin akt zalında gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərinin artırılması ilə bağlı maarifləndirici diskussiya keçirildi. Gənclər arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi, onların hüquqi biliklərinin artırılması məqsədi ilə keçirilən tədbirdə hüquqi savadlanmanın əhəmiyyəti, Respublikamızda həyata keçirilən hüquqi islahatlar, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edən çıxışlar səsləndi, səmərəli müzakirələr aparıldı. Natiqlərin mövzu ilə bağlı etdikləri çıxışlarda həmçinin BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında beynəlxalq sənədlər, insan hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verildi.
Keçidlər