Gənclərlə görüş keçirilib
28 aprel 2025 | 08:59
Gənclərlə görüş keçirilib.
28 aprel 2025-ci il tarixində Xocavənd Rayon İcra Hakimiyyətində gənclərlə görüş keçirilmişdir. Görüşdə başçının müavini Əfsanə Quliyeva, Qarabağ Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsini icra edən Anar Əsgərov, Xocavənd rayonu ərazisində fəaliyyət göstərən idman bölmələrinin məşqçi-müəllimləri, gənc fəallar və idmançılar iştirak etmişlər. Qarşılıqlı müzakirə formatında keçirilmiş görüş zamanı rayonda gənclər və idman sahəsində mövcud vəziyyət təhlil edilmiş, iştirakçıların sualları cavablandırılmış, təklifləri dinlənilmişdir.