Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərlə görüş keçirilib.

20 avqust 2024 | 09:25
  Gənclərlə görüş keçirilib.
 20 avqust 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində gənclərlə görüş keçirildi. Görüşdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, tələbələr, fəal gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva gəncləri salamladı və dövlət gənclər siyasətindən danışaraq bildirdi ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Görüşdə ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Xocavənd rayonunun ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açılmışdır. Bildirilmişdir ki, görüşün keçirilməsində əsas məqsəd rayon gənclərinin problem və təkliflərini dinləmək, gənclərə fəaliyyətlərində yardımçı olmaqdır.
 Müzakirə formasında davam edən görüşdə gənclərin təklifləri dinlənilmişdir. Rayon gəncləri onları düşündürən məsələlərlə bağlı suallar ünvanlamış, bəzi təkliflərlə çıxış etmişlər.
Keçidlər