Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclik yeni zəfərlərə doğru” devizi altında Xocavənd rayon forumu keçirilmişdir.

02 fevral 2024 | 10:42
  “Gənclik yeni zəfərlərə doğru” devizi altında Xocavənd rayon forumu keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti, YAP Xocavənd Rayon Təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Xocavənd qəsəbəsində 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclik-yeni zəfərlərə doğru” devizi altında Xocavənd rayon forumu keçirildi.
  Rayonun ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, müxtəlif sahələrdə uğur qazanan gənclərlə bərabər vətən müharibəsi qaziləri və veteranlarının da qatıldığı forumda gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən, əldə olunan uğurlardan bəhs edən, gəncləri bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamağa, vətənin inkişafı üçün səylə çalışmağa səsləyən çıxışlar səslənildi, ayrı-ayrı gənclərin fikirləri dinlənildi.
  Forumda dövlət gənclər siyasətindən irəli gələn tədbirlərdə fəal iştirakı ilə seçilən bir qrup gənc fəxri diplomla təltif edildi. 2 fevral - Azərbaycan Gəncləri Gününü qeyd etmək, dövlətin gənclərlə iş sahəsində yürütdüyü siyasət, Azərbaycan gəncliyinin tərəqqisi, gələcəkdə daha firavan yaşaması naminə həyata keçirilən məqsədyönlü işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq məqsədi ilə keçirilən tədbirdə 62 nəfər iştirak etmişdir.
Keçidlər