“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində qadınların iştirakı ilə növbəti dəyirmi masa keçirilmişdir.
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində qadınların iştirakı ilə növbəti dəyirmi masa keçirilmişdir.
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində qadınların iştirakı ilə növbəti dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Aparatın əməkdaşları, təhsil,səhiyyə, mədəniyyət müəssisələrində çalışan qadınlar iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.1. bəndinin icrasını təmin etmək məqsədilə keçirilən tədbirdə çıxış edən başçının müavini Əfsanə Quliyeva çıxış edərək 25 noyabr tarixinin bütün dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü, 10 dekabr tarixinin isə Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edildiyini, bu iki tarix arasında dünyada beynəlxalq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının keçirildiyini bildirib və bu kampaniyanın qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırdığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülür.
Xocavənd rayonunun ictimai fəal xanımları Leyla Cahangirova və Afaq Əlihəsənova çıxış edərək hər kəsi qadınların hüquqlarını müdafiə etmək üçün mövqe tutmağa, qadın və qızlara qarşı zorakılığa son qoymağa çağırdılar. Bildirildi ki, bəzi hallarda qadınlar onlara qarşı edilən zorakılıq hallarını gizli saxlayırlar. Bu da hadisənin ciddi xarakter almasına və günahkarların məsuliyyətə cəlb edilməsinin gecikməsinə səbəb olur. Qadınlara qarşı zorakılıqla mübarizədə cəmiyyətin, ən əsası isə qadınların mariflənməsi çox vacibdir. Bu məsələdə həssas olmalı, hər hansı bir zorakılıqla qarşılaşdıqda susmamalı,səylərimizi birləşdirməliyik. Zorakılıq halları ilə qarşılaşdığımız zaman çəkinmədən aidiyyatı orqanlara müraciət etməliyik.
Tədbir qadınlarla qarşılıqlı müzakirə şəklində davam etdi.