Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmolog-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib

28 aprel 2026 | 14:23
Görkəmli oftalmolog-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib.
Xocavən Rayon İcra Hakimiyyəti, YAP Xocavənd Rayon Təşkilatı və “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmolog-alim, akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Rayon Mədəniyyət evində baş tutan tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, “Xocavənd RMX”sı Publik Hüquqi Şəxsin rəhbərliyi və kollektivi, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, eləcə də vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Xocavənd rayon Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirib ki, Zərifə xanım zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına dəyərli töhfələr verib. Akademikin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. E. Hüseynov görkəmli alim Zərifə Əliyevanın daim xatirələrdə yaşayacağını bildirib.
YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin həyat yolundan ətraflı bəhs edib, Azərbaycan tibb elminin inkişafına verdiyi töhfədən danışıb. Həmçinin, Zərifə xanımın görkəmli oftalmolog alim olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı şəxsiyyət olduğunu, onun elmi və mənəvi irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə həmçinin “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Hublik Hüquqi Şəxsinin direktoru Yaşar Əhmədov və digər çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərindən, gənc həkimlər üçün örnək məktəb olmasından, onun peşəkar yanaşması ilə bərabər, insanlara olan yüksək diqqət və qayğısından danışıblar.
Tədbir çərçivəsində Beyləqan rayonu Xaçınabad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin təqdimatında Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib.
Sonda qeyd olunub ki, akademik Zərifə Əliyevanın parlaq xatirəsi və zəngin elmi irsi daim yaşayacaq, gələcək nəsillərə elmə, insana və vətənə xidmət nümunəsi olaraq yol göstərəcəkdir.
 
 
 
 
 
 
 
 
Keçidlər