Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü ilə bağlı tədbir keçirilib

26 aprel 2024 | 09:32
  Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü ilə bağlı tədbir keçirilib.
  26 aprel 2024-cü il tarixdə rayon mədəniyyət evində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları öncə Xocavənd qəsəbəsində Şəhidlər Məzarlığını ziyarət edərək şəhidlərin əziz xatirəsini yad ediblər. Sonra Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin büstü önünə tər qərənfillər düzülərək, dahi öndərin xatirəsi anılmışdır.
  Rayon mədəniyyət evində davam etdirilən tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və torpaqlarımızın bütövlüyü, eyni zamanda ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
  Daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatından bəhs edən “Əsl məhəbbət haqqında” adlı sənədli film nümaiş etdirilmişdir. Tədbirdə çıxış edənlər görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın fəaliyyəti baradə danışaraq bildiriblər ki, o, vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Zərifə Əliyevanın ümumilikdə 200-ə qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifi olduğu, yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük töhfələr verdiyi, oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın olduğu bir daha diqqətə çatdırılmışdır.
Keçidlər