Şriftin ölçüsü :

Saytın rəngi :

“Güclü lider-Qalib xalq” adlı dəyirmi masa keçirildi.

16 oktyabr 2023 | 17:51

  Xocavənd rayonunda “Güclü lider-Qalib xalq” adlı dəyirmi masa keçirildi.

  16 oktyabr 023-cü il tarixdə Xocavənd rayonunda cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə “Güclü lider-Qalib xalq” adlı dəyirmi masa keçirildi. Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər və gənclər iştirak etdilər.
  Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Asim Rüstəm çıxış edərək, ölkəmizin son 20 ildə əldə etdiyi uğurlardan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərdən, antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyinin bərpa edilməsindən söz açdı. Ulu Öndər Heydər Əliyev siyasətinin xalqımızı milli birliyə və Qələbəyə qovuşdurduğunu diqqətə çatdıran A.Rüstəm, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin yeni –yeni diplomatik uğurlara imza atacağına qəti əminlik ifadə etdi.
  Daha sonra YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov , Xocavənd Rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Aslan Quliyev çıxış etdilər. Çıxışçılar cənab İlham Əliyevin Prezident seçilməsinin Azərbaycan tarixinin mühüm əhəmiyyətli hadisəsi olduğu bir daha vurğuladılar, qazanılan uğurlar, Azərbaycana olan müsbət maraqların artması barədə geniş məruzə etdilər.

Keçidlər