Şriftin ölçüsü :

Saytın rəngi :

"Hadrut, sən azadsan!" filmi nümayiş olunub.

09 oktyabr 2024 | 09:12
"Hadrut, sən azadsan!" filmi nümayiş olunub.
Xocavənd qəsəbəsində "Hadrut, sən azadsan!" filmi nümayiş olunub. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Sonra Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və qəhrəmanlıqla 44 gün müddətində işğal altında olan torpaqlarımızın azad edilməsindən danışıb. Bildirib ki, Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Əfsanə Quliyeva "Hadrut, sən azadsan" filmi haqqında da məlumat verib. Bildirib ki, filmdə Vətən müharibəsinin parlaq səhifələrindən biri – Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunması əməliyyatından bəhs edilir. Filmdə əməliyyata qərar verilməsindən əməliyyatın sona çatmasına qədər olan proseslər bütün detallarla canlandırılıb. Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə iştirak etmiş döyüşçülər filmdə yer alıb.
Daha sonra film nümayiş olunub.
Keçidlər