Heç bir Şəhid ailəsi diqqətdən kənar qalmır.
27 dekabr 2024 | 17:16
Heç bir Şəhid ailəsi diqqətdən kənar qalmır.
Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri və müharibə veteranları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələniblər. Şəhidlərimizin və qazilərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, gündəlik qayğılarının həlli ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə "Xocavənd Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin rəhbərliyi və həkimləri tərəfindən bir neçə Şəhid ailəsi ziyarət olunmuş, bayram sovqatı verilmişdir. Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.