Heç bir Şəhid ailəsi diqqətdən kənar qalmır
25 sentyabr 2026 | 17:51
Heç bir Şəhid ailəsi diqqətdən kənar qalmır.
Anım Günü münasibətilə rayonumuzun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub. Ziyarət zamanı qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, ailələrin qayğı və ehtiyacları dinlənilib. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.






