Həsənov Elçin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş atçılıq yarışında I yerin sahibi olub
09 may 2026 | 16:22
Həsənov Elçin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş atçılıq yarışında I yerin sahibi olub.
09 May 2026-cı il tarixində Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ənənəvi atçılıq yarışları təşkil olunmuşdur.
Yarışlarda dövlət və ictimaiyyət nümayəndələri, atçılıq üzrə mütəxəssislər, atsevərlər və çoxsaylı tamaşaçılar iştirak etmişlər.
Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş yorğa atları arasında keçirilən mübarizədə Respublikanın ayrı-ayrı şəhər və rayonlarını təmsil edən 80-ə yaxın yorğa atı 12 müxtəlif məsafə üzrə öz gücünü və sürətini nümayiş etdirmişdir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda atların hazırlıq səviyyəsi, dözümlülüyü və peşəkar idarəetmə bacarıqları xüsusi diqqət çəkmişdir.
Tədbir çərçivəsində xalqımızın qədim atçılıq ənənələrinin mühüm tərkib hissəsi olan cıdır yarışları da keçirilmişdir.
Milli sərvətimiz hesab olunan Qarabağ və Dilbaz atları arasında təşkil edilən cıdır yarışları zamanı Azərbaycanın qədim atçılıq mədəniyyətinin canlı nümunəsi olan bu atların nümayiş etdirdiyi çeviklik, sürət və zəriflik yarışlara xüsusi rəng qatmışdır.
Milli atçılıq ənənələrinin yaşadılması, Azərbaycan atçılıq məktəbinin inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi önəm verən Atçılıq Federasiyasının təşkil etdiyi yarışlar böyük maraq və vətənpərvərlik ruhunda başa çatmışdır.
Tədbirin yekununda yarışların cari mövsümün ilk yarışları olduğu bildirilmiş, il ərzində müxtəlif məsafələr və kateqoriyalar üzrə daha bir neçə yarışın keçirilməsinin nəzərdə tutulduğu qeyd edilmişdir.
Sonda qaliblərə ARAF-ın diplom, pul mükafatı və kubok təqdim olunmuşdur.






