Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev: Hüquqi Dövlət və Suveren Azərbaycan” başlığı ilə toplantı keçirilmişdir

11 dekabr 2025 | 10:16
“Heydər Əliyev: Hüquqi Dövlət və Suveren Azərbaycan” başlığı ilə toplantı keçirilmişdir.
11 dekabr 2025-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Hüquqi Dövlət və Suveren Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə gənclər və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Öncə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Ulu öndərin fəaliyyəti haqqında videorolik nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov Ümummilli liderin Azərbaycan dövlətçiliyinə misilsiz töhfələri, milli inkişaf strategiyasının formalaşdırılmasında oynadığı mühüm rol, ölkənin siyasi, iqtisadi və sosial sisteminin yenidən qurulmasındakı xidmətləri barədə ətraflı məlumat vermişdir. Vüsal Hüseynov çıxışında Ulu Öndərin siyasi kursunun müstəqil Azərbaycanın möhkəmlənməsində həlledici əhəmiyyət daşıdığını qeyd edərək bildirmişdir ki, bu gün ölkəmizdə həyata keçirilən islahatlar Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin davamıdır. Bu ideyalar Azərbaycanı regionun lider dövlətinə çevirən əsas faktorlardandır.
Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov qeyd etmişdir ki, Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən xalqın taleyində həlledici rol oynamış, Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişafının əsas istiqamətlərini formalaşdırmış dahi bir liderdir. O, dövlət idarəçiliyinin ən çətin məqamlarında xalqın iradəsini özündə təcəssüm etdirərək Azərbaycanı çətin sınaqlardan çıxarmağı bacarmışdır. Natiq həmçinin bildirmişdir ki, Heydər Əliyevin şəxsi keyfiyyətləri – uzaqgörənliyi, siyasi qətiyyəti, sarsılmaz dövlətçilik iradəsi, öz xalqına sonsuz məhəbbəti onu dünya miqyasında qəbul edilən bir dövlət xadimi etmişdir.
Gənclər və idman sektorunun müdiri Aslan Quliyev Heydər Əliyevin gənclərə verdiyi dəyərdən danışaraq bildirmişdir ki, Ulu Öndər hər zaman gəncləri Azərbaycanın gələcəyi hesab edirdi. Bu gün ölkədə gənclər siyasətinin uğurla icra olunmasında Heydər Əliyevin ideyaları əsas dayaqdır. Aslan Quliyev həmçinin qeyd etmişdir ki, Ulu öndərin uzaqgörən siyasəti ölkədə sabitliyin yaradılmasına, iqtisadiyyatın bərpasına və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir.
Keçidlər