"Heydər Əliyev İli" çərçivəsində Dövlət Quluqçularının Peşə baayramı Gününə həsr olunmuş “Heydər Əliyev- Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda dəyirmi masa keçirilib
23 iyun 2023 | 16:35
"Heydər Əliyev İli" çərçivəsində Dövlət Quluqçularının Peşə baayramı Gününə həsr olunmuş “Heydər Əliyev- Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda dəyirmi masa keçirilib
23 iyun 2023-cü il tarixdə "Heydər Əliyev İli" çərçivəsində Dövlət Quluqçularının Peşə baayramı Gününə həsr olunmuş “Heydər Əliyev- Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov və rayonda çalışan bütün dövlət qulluqçuları iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati qarşısında ucaldılmış abidəsini ziyarət edərək ruhuna öz ehtiramlarını bildirib, müqəddəs xatirəsini ehtiramla yad etdilər.
Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilən tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. O bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramının təsis edildiyini qeyd edilərək, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğu, bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatların uğurla davam etdirildiyi bildirilmişdir.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət qulluğunda əsas meyarlardır.