Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində “Əbədiyaşar lider” mövzusunda növbəti tədbir Rayon Mədəniyyət evində keçirilib.

01 fevral 2023 | 10:47
   “Heydər Əliyev İli” çərçivəsində “Əbədiyaşar lider” mövzusunda növbəti tədbir Rayon Mədəniyyət evində keçirilib.
   1 fevral 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyəti, Xocavənd rayon Mədəniyyət evi və Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının birgə təşkilatçılığı ilə “Əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.Tədbirdə Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı, Xocavənd rayon MKS-in və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışılıb. Gənclər Gününün əhəmiyyətindən bəhs edilərək, bu əlamətdar günün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların gücü sayəsində əldə olunan bu şanlı Zəfər ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Qazandığımız Tarixi Qələbədən sonra Azərbaycan gəncləri bu bayramı qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edir.
   Tədbirin sonunda iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi ilə tanış olub..
Keçidlər