Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.

25 oktyabr 2023 | 17:15
   “Heydər Əliyev ili” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.
   25 oktyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında “Heydər Əliyev ili” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Tədbirdə giriş sözü ilə çıxış edən RİH başçısı Eyvaz Hüseynov ümum­milli lider Heydər Əliyevin yorulmaz fəa­liyyəti nəticəsində bu gün Azərbaycanın iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və tama­milə müstəqil siyasət yeridən bir ölkəyə çevrildiyini, Heydər Əliyevin 100 illik yubileyi dövründə bu dahi şəxsiyyətin xilaskarlıq missiyası, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlərinin xüsusi minnətdarlıqla xatırlandığını, “Heydər Əliyev ili” çərçivəsində çoxsaylı tədbirlərin, konfransların baş tutmasının ümummilli liderin xatirəsinə bəslənən tükənməz sevgi və ehtiramdan xəbər verdiyini bildirib.
  Tədbirdə çıxış edən Yap Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, "Tərəqqi" medallı ziyalı xanım Lyudmila Həsənova, Salakətin kənd tam orta məktəbin tarix müəllimi Anar İbrahimov, Qaradağlı kənd tam orta məktəbinin müəllimi Sevda İbrahimova Azərbaycanın tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış böyük tarixi şəxsiyyət, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu vurğulayıblar.
Keçidlər