Şriftin ölçüsü :

Saytın rəngi :

 "Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib.

22 dekabr 2023 | 16:08
   "Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib.
  Qarabağ Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Mədəniyyət evində "Heydər Əliyev İli"nə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışılıb. Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğu vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib.
  Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib və onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Sonra Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığından bəhs edilib.Bildirilib ki, Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dönəmlərdə liderlik missiyasını layiqincə yerinə yetirib. Onun uzaqgörən və məqsədyönlü siyasəti sayəsində müstəqilliyimizin dönməzliyi təmin edilib və Azərbaycan böyük intibah yoluna qədəm qoyub.
 Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Bu gün müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edərək, yeni zirvələr fəth edir.
Keçidlər