“Heydər Əliyev İli” çərçivəsində Xocavənd 4 saylı tam orta məktəbində Şəhidlərin adını daşıyan siniflər ziyarət olunmuşdur.
“Heydər Əliyev İli” çərçivəsində Xocavənd 4 saylı tam orta məktəbində Şəhidlərin adını daşıyan siniflər ziyarət olunmuşdur. Xocavənd rayonunda Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği istiqamətində məqsədyönlü işlər görülür. 2018-ci ildən etibarən ənənəvi olaraq rayon ümumtəhsil müəssisələrində Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi məqsədi ilə sinif otaqlarına Şəhidlərin adı verilir. Sinif otaqlarının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilir, otaqda şəhidlərin həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılır. 20 aprel 2023- cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Xocavənd 4 saylı kənd tam orta məktəbində həmin məktəbin məzunları, 44 Günlük Vətən müharibəsi Şəhidləri Namazov Xəyalın, Balakişiyev Qaranın və Quliyev Şirxan İsmixan oğlunu adlarını daşıyan sinif otaqlarının ziyarət olunması ilə bağlı tədbir keçirilmişdir. Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Şəhid ailələri, qazilər və Xocavənd 4 saylı tam orta məktəbinin kollektivinin iştirak etdiyi tədbirdə qəhrəman şəhidlərimizin hər biri haqqında ayrıca guşənin yaradıldığı sinif otaqları ziyarət olunmuş, qeyd olunan siniflərdə təhsil alan şagirdlərin əziz şəhidlərimiz haqqında verdikləri müfəssəl məlumatlar, vətənpərvərlik mövzusunda söylədikləri fikirlər tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Tədbirdə çıxış edənlər bu kimi halların qəhrəman Şəhidlərimizin xatirəsinin yaşadılması, böyüməkdə olan gələcək nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsi və tərbiyə olunması istiqamətində olduqca əhəmiyyətli olduğunu bildirdilər.