Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilmişdir.

01 avqust 2024 | 10:51
  "Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilmişdir.
  01 avqust 2024-cü il tarixində Xocavənd Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin inzibatı binasında 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili Günü ilə bağlı "Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilmişdir. Tədbiri Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov açıq elan eləmişdir. O, gün münasibəti ilə tədbir iştirakçılarının təbrik etmiş və bildirmişdir ki, Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Ulu Öndər Heydər Əliyev demişdir ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.” Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
  Daha sonra söz Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu- Aparıcı məsləhətçi Həsənov Orxana verilmişdir. O, çıxışında bildirmişdir ki, latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan əlifbası kimi, dilinin də hərtə¬rəfli inkişafına, onun rəsmi dövlət dili statusu almasına, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasına böyük əmək sərf etmişdir.
  Sonda təbdir iştirakçılarının sualları cavablandırılmış, geniş planda fikir mübadiləsi aparılmışdır.
Keçidlər