Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir.

01 fevral 2023 | 16:33
   “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir.
   01 Fevral 2023-cü il tarixdə İcra Hakimiyyətinin akt zalında Rayon İcra Hakimiyyəti və YAP Xocavənd Rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyəti qarşısında yerləşən abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcraHakimiyyətinin başçı Eyvaz Hüseynov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısında misilsiz xidmətlərindən danışmışdır. Başçı Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdən söz açaraq, sovetlər dönəmində onun uzaqgörənliklə Azərbaycan gənclərinin peşəkar hərbçi kimi yetişməsi üçün Naxçıvanski hərbi məktəbinin fəaliyyətinin təşkil edilməsi istiqamətində atdığı addımlardan bəhs etmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda gənclər qarşısında mühüm tarixi vəzifələrin müəyyənləşdirdiyini qeyd edən natiq sonrakı dövrlərdə də bu sahədə önəmli qərarların qəbul olunduğunu vurğuladı. Başçı Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirldiyini, Azərbaycan gəncliyi ilə bağlı mühüm Dövlət proqramlarının qəbul edildiyini, 2007-ci ilin “Gənclər ili” elan olunduğunu diqqətə çatdırmışdır. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, 44 günlük Vətən müharibəsində həlledici rol oynadığını bildirən Eyvaz Hüseynov tarixi qələbənin əldə olunmasında gənclərin xüsusi rolundan bəhs etdi.
  Sonra tədbirdə Ulu öndərin keçdiyi şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən, əldə olunan uğurlardan bəhs edən, gəncləri bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamağa, vətənin inkişafı üçün səylə çalışmağa səsləyən çıxışlar səslənilmiş, gənclərin fikirləri dinlənilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq verilmiş orden və medallar şəhid ailələri və qazilərə təqdim edilmişdir.
   Sonda YAP Xocavənd Rayon Təşkltaına yeni üzv olanlara vəsiqələr verilmiş, fəal gənclər isə diplom və təşəkkürnamə ilə təltif olunmuşlar.
Keçidlər