“Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib
12 dekabr 2025 | 10:20
“Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib.
12 dekabr 2025-ci il tarixdə Xocavənd Rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxsin binasında “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib.Tədbirdə çıxış edənlər qeyd ediblərki, “Ulu öndər Heydər Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün biz həmin yolun davamçısı olmaqdan qürur duyuruq.Heydər Əliyevin müəyyən etdiyi dövlət siyasəti səhiyyəni milli təhlükəsizliyin əsas dayaqlarından biri kimi formalaşdırdı. Bu tədbirin məqsədi Heydər Əliyevin səhiyyə sahəsinə verdiyi misilsiz töhfələri xatırlamaq və onun başladığı islahatların bu gün də əhəmiyyətini vurğulamaqdır. Heydər Əliyev hər zaman insan amilini ön plana çəkərək sağlam cəmiyyətin güclü dövlətin təməli olduğunu qeyd edirdi. Heydər Əliyev dövründə səhiyyə infrastrukturu genişləndirildi, müasir xəstəxanaların tikintisi və tibb müəssisələrinin yenilənməsi prioritet sahələrdən biri oldu. Ulu öndər, yüksək ixtisaslı tibbi kadrların yetişdirilməsi üçün geniş imkanlar yaratdı və tibb təhsilinin inkişafını dövlətin strateji hədəfləri sırasına daxil etdi. Onun siyasəti nəticəsində səhiyyədə dövlət nəzarəti, tibbi xidmətlərin əlçatanlığı və keyfiyyəti xeyli yaxşılaşdı. Heydər Əliyev tərəfindən əsası qoyulan islahatlar bu gün də Azərbaycan səhiyyəsinin modernləşməsində əsas istiqamət olaraq qalmaqdadır. Bu gün Azərbaycan səhiyyəsində görülən işlər Heydər Əliyev irsinin davamı və onun uzaqgörən siyasətinin nəticəsidir. Ulu öndərin qarşıya qoyduğu hədəflər, sağlam gələcək naminə bu gün də yolumuzu işıqlandırır. Heydər Əliyev xalqın sağlamlığına xidmət edən siyasətin banisi kimi hər zaman hörmətlə xatırlanacaq.






