Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

01 may 2024 | 14:34
  “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
  01 may 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Beyləqan rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə bildirilib ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ulu öndərin ən böyük xidmətlərindən biridə o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.
  Bu gün Cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir, ölkənin idarə olunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir.
  Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Keçidlər