“Hüquqlarımızı qoruyaq” mövzusunda dəyirmi masa keçirilib
21 may 2026 | 14:33
“Hüquqlarımızı qoruyaq” mövzusunda dəyirmi masa keçirilib.
21 may 2026-cı il tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 may–18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqlarımızı qoruyaq” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Pərviz Rəhmanov vurğulayıb ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biridir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunan “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoyub. Prezident İlham Əliyevin 2007-ci il sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilib və hər il qeyd olunur. Pərviz Rəhmanov həmçinin ölkəmizdə tolerantlıq, multikulturalizm və islam həmrəyliyi ideyalarının dünyaya çatdırılmasından danışıb və insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi demokratik proseslərin mühüm tərkib hissəsi olaraq dövlətin diqqət mərkəzində saxlanılıb. Bu sahədə aparılan islahatlar hüquqi normativ sənədlərdə əks olunmaqla yanaşı, gündəlik həyatda da öz təsdiqini tapıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” ölkəmizdə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində prioritetlərin gücləndirilməsinə xidmət edir. Tədbir çərçivəsində həmçinin BMT ilə Azərbaycan arasında 1998-ci ildə imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum və 2012-ci ildə təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında məlumat verilib.Dəyirmi masa iştirakçılarının sualları cavablandırılmaqla yekunlaşıb.






