İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir
15 mart 2024 | 12:37
İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir.
15 mart 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının birgə təşkilatçılığı ilə “İcbari tibbi sığorta ” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RİH başçısının müavini Əfsanə Quliyeva , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev, idarə, müəssisə və təşkilatların, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb. Bu sahədə icbari tibbi sığortanın əhəmiyyətini qeyd edən Əfsanə Quliyeva bununla əlaqədar vətəndaşlar arasında ciddi maarifləndirməyə ehtiyac olduğunu da diqqətə çatdırıb.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev təqdimatla çıxış edərək “İcbari tibbi sığorta haqları”, “Xidmətlər zərfində təminat verilən tibbi xidmətlər”, “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri”, “Tibbi xidmətlərdən istifadə qaydası”, “Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri” və “Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası”na dair geniş açıqlamalar verib.
Tədbir iştirakçılarla maraqlı müzakirə şəklində davam edib.