Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şuranın növbəti iclası keçirilib

03 iyun 2022 | 15:02
    03 iyun 2022-ci il tarixdə Xocavənd RİH yanında İctimai Şuranın növbəti iclası keçirilib. İctimai Şuranın sədri, Salakətin kənd tam orta məktəbin direktoru R.Aslanova iclasda hesabat məruzəsi ilə çıxış edib. Məruzədə şuranın birillik fəaliyyət dövrü əhatə olunub.
    Ölkəmizdə Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi- siyasi və diplomatik fəaliyyəti, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa- quruculuq işlərinə başlandığı,otuz ilə yaxın didərginlik həyatı yaşayan həmvətənlərimizin ata-baba yurdlarına qayıdışınahazırlıq görüldüyü bildirildi.
   Qeyd olunub ki, Şura üzvləri vaxtaşırı şəhid və məcburi köçkün ailələri ilə görüşlər keçirir,onların problemlərinin mövcud qanunvericilik çərçivəsində həll olunmasına çalışırlar.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Keçidlər