Şriftin ölçüsü :

Saytın rəngi :

 İctimai Şuranın növbəti iclası keçirilib.

14 dekabr 2023 | 10:52
    Xocavənd RİH yanında İctimai Şuranın növbəti iclası keçirilib. İctimai Şuranın sədri, Salakətin kənd tam orta məktəbin direktoru R.Aslanova iclasda çıxış edib.
  Çıxış zamanı şuranın fəaliyyətindən, gördüyü işlərdən danışılıb. İclasda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı qələbədən danışılıb. 44 günlük Qarabağ müharibəsi və təxminən üç ildən sonra aparılan lokal xarakterli antiterror tədbirlərindən, eyni zamanda noyabrın 8-də Azərbaycanın dilbər guşəsi Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddan geniş bəhs edilmişdir. Qeyd edilib ki, Xocavənd RİH yanında İctimai Şuranın üzvləri Ermənistan üzərində qazanılan qələbənin 3-cü ildönümü ərəfəsində keçirilən ümumrayon tədbirlərində iştirak edərək, şəhid ailələrini, müharibə əlillərini və veteranlarını ziyarət ediblər. Şuranın iclasında həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edilib,otuz ilə yaxın məcburi köçkün kimi öz doğma yurdlarından didərginlik həyatı yaşayan həmvətənlərimizin yaxın vaxtlarda geri qayıtmalarına hazırlıq görüldüyü bildirilib. İclasda Şura üzvlərinin məruzə ətrafında çıxışlar dinlənilib.
Keçidlər