İctimai Şuranın növbəti iclası keçirilib.
12 yanvar 2024 | 09:20
İctimai Şuranın növbəti iclası keçirilib.
Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri və üzvlərinin, həmçinin İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva və Aparatın əməkdaşlarının iştirakı ilə növbəti iclas keçirilib.
İclasda şura tərəfindən 2024-cü ildə görülməsi nəzərdə tutulan işlər və qarşıda duran məsələlər müzakirə olunub.
Aparılan geniş müzakirələr zamanı İctimai şura üzvlərinin təklifləri nəzərə alınaraq 2024-cü il üçün fəaliyyət planı, İctimai şura üzvlərinin etik davranış qaydaları və şuranın Reqlamenti təsdiqlənib.