Şriftin ölçüsü :

Saytın rəngi :

 İctimai Şuranın növbəti iclası keçirilib.

24 sentyabr 2025 | 11:22

  24.09.2025-ci il tarixdə Xocavənd RİH yanında İctimai Şuranın növbəti iclası keçirilib. İctimai Şuranın sədri, Salakətin kənd tam orta məktəbin direktoru R.Aslanova iclasda hesabat məruzəsi ilə çıxış edib. Məruzədə şuranın birillik fəaliyyət dövrü əhatə olunub. Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı illər uzunu davam edən torpaq həsrətinə son qoyuldu, tarixi ədalət bərpa olundu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına baxmayaraq Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları tarixi ədaləti güc, birlik, igidlər və şəhidləri hesabına bərpa edərək möhtəşəm qələbəni böyük qürur hissi ilə qeyd etdi. Artıq öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışın sevincini yaşayır. Sentyabr ayının 14-də Prezident İlham Əliyevin Xocavənd rayonun mühüm strateji və coğrafi mövqeyə malik Hadrut və Qırmızı Bazar qəsəbəsinə və Sos kəndinə səfərinin böyük əhəmiyyətə malik olduğu qeyd edilib. Şura üzvləri vaxtaşırı şəhid və məcburi köçkün ailələri ilə görüşlər keçirir, onların problemlərinin mövcud qanunvericilik çərçivəsində həll olunmasına çalışırlar. Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Keçidlər