Şriftin ölçüsü :

Saytın rəngi :

 İdarə və təşkilatlarında keçirilən növbəti İnformasiya saatı 20 Yanvar faciəsinə həsr olunub.

20 yanvar 2024 | 09:53
   İdarə və təşkilatlarında keçirilən növbəti İnformasiya saatı 20 Yanvar faciəsinə həsr olunub.
  Xocavən rayonunun bütün idarə və təşkilatlarında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş informasiya saatı keçirilir. İdeoloji Konsepsiyaya uyğun olaraq yaradılmış təbliğat qrupları tərəfindən keçirilən tədbirlərdə öncə 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, 20 Yanvar faciəsinin müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunması və təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymət verməsi haqqında danışılmışdır.
Keçidlər