Şriftin ölçüsü :

Saytın rəngi :

 İdeoloji Maarifləndirmə Konsepsiyasının icrası ilə bağlı monitorinq keçirilmişdir.

30 noyabr 2022 | 17:29
   İdeoloji Maarifləndirmə Konsepsiyasının icrası ilə bağlı monitorinq keçirilmişdir.
  30 noyabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva İdeoloji Maarifləndirmə Konsepsiya ilə bağlı maariləndirmə tədbirlərinin gedişi ilə yerindəcə tanış olmaq məqsədilə idarə və təşkilatlarda olmuşdur. Əfsanə Quliyeva keçirilən görüşlər zamanı bildirmişdir ki, rayonda ictimai-siyasi və ideoloji məsələlərə xüsusi həssaslıq və məsuliyyətlə yanaşılır, bu sahədə işin təşkilinin müasir forma və metodları səmərəli şəkildə tətbiq edilir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunmuş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə hər bir vətəndaşımızın məlumatlandırılması müstəsna əhəmiyyətə malikdir. Əfsanə Quliyeva həmçinin yerli vəziyyət və imkanların nəzərə alınaraq Xocavənd rayonu üzrə İdeoloji Maarifləndirmə Konsepsiyası hazırlandığını, Konsepsiyaya uyğun olaraq rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında işçilər arasında maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vuğulamışdır.
Keçidlər