Şriftin ölçüsü :

Saytın rəngi :

“İdmanla Zərərli Vərdişlərə Son, Sağlamlığa Yönəlik Addım!”

10 fevral 2026 | 16:05

“İdmanla Zərərli Vərdişlərə Son, Sağlamlığa Yönəlik Addım!”

10 fevral 2026-cı il tarixdə Beyləqan rayon Xaçınabad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində ümumtəhsil müəssisələrinin şagirdləri arasında fiziki fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi və məktəbdə idman mühitinin daha da gücləndirilməsi məqsədilə “İdmanla Zərərli Vərdişlərə Son, Sağlamlığa Yönəlik Addım!” devizi altında yarış keçirilmişdir. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin fiziki aktivliyini artırmaq, pis vərdişlərdən uzaq olmaq, onların idman bacarıqlarını inkişaf etdirmək və sağlam rəqabət mühiti formalaşdırmaqdan ibarətdir. Keçirilən yarışda şagirdlər böyük həvəslə və yüksək motivasiya ilə iştirak etmiş, öz bacarıqlarını nümayiş etdirmişlər. Onların aktivliyi, komandada işləmə bacarıqları və idmana olan maraqları tədbirin uğurla baş tutmasına səbəb olmuşdur. Bu cür təşəbbüslər şagirdlərin yalnız fiziki inkişafına deyil, eyni zamanda onların sosial bacarıqlarına, davranışlarına və akademik nailiyyətlərinə də müsbət təsir göstərir. Sonda qalib komandalar qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

Keçidlər