Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir.

19 aprel 2024 | 17:54
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində tədbirlər çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən səyyar qəbulların keçirilməsi davam etdirilir, vətəndaşların qaldırdıqları məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır.
  19 aprel 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun İmişli rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul qəbulu keçirilmişdir.
  Qəbul zamanı ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər, həmçinin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi, dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın göstəricisi olduğu qeyd edilmişdir.
İcra başçısı sakinlərin arzu və təkliflərini dinləyərək, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.
Keçidlər