Şriftin ölçüsü :

Saytın rəngi :

"İncəsənət otağı" layihəsinin açılış mərasimi keçirilib.

13 dekabr 2024 | 09:04
"İncəsənət otağı" layihəsinin açılış mərasimi keçirilib.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "İncəsənət otağı layihəsinin açılış mərasimi baş tutub. Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində keçirilən tədbirdə layihə rəhbəri Ləman Cəfərova tədbir iştirakçılarını salamlayaraq, layihənin məqsədi və fəaliyyət planı haqqında geniş məlumat verib.
Açılış mərasimində Xocavənd rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov, Füzuli-Xocavənd təhsil sektorunun baş məsləhətçisi Ümidvar Məmmədov, layihənin eksperti Etiram Sadıqzadə, məktəb direktorları və müəllimlər iştirak edib.
Qeyd edək ki, “İncəsənət otağı” layihəsinin məqsədi təhsilalanların vizual bacarığının inkişaf etdirilməsi, müəyyən səbəblərdən təhsilini davam etdirə bilməyən şagirdlərin fərqli peşə sahələri öyrənmələrinə, gələcəkdə təhsilini bu istiqamət üzrə davam etdirəcək uşaqların praktiki bacarıqlarının inkişafına təkan verməkdir. Layihə çərçivəsində seçilən şagirdlər üçün gil qabların hazırlanması, tikiş, muncuq hörmə texnikası, ebru sənəti üzrə müxtəlif master-klasslar təşkil ediləcək.
Keçidlər