İnsan alverinin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi istiqamətində sahibkarlarla əməkdaşlıq gücləndirilir
16 noyabr 2026 | 10:18
İnsan alverinin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi istiqamətində sahibkarlarla əməkdaşlıq gücləndirilir.
16 noyabr 2026-cı il tarixində insan alverinin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi və sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə sahibkarlarla görüş keçirilmişdir. Görüş zamanı insan alverinin potensial qurbanlarının və insan alverindən zərər çəkməsi ehtimal olunan şəxslərin işlə təmin olunması imkanları müzakirə edilmiş, sahibkarların bu sahədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində maarifləndirmə işləri aparılmışdır.Tədbirdə insan alverinin potensial qurbanlarının məşğulluğunun təmin edilməsinin əhəmiyyəti, onların işə qəbuluna dəstək göstərilməsi və bu istiqamətdə sahibkarların təşəbbüslərinin təşviq olunması məsələlərinə toxunulmuşdur. Həmçinin sahibkarlarla əməkdaşlıq çərçivəsində potensial qurbanların mövcud vakansiyalara uyğun iş imkanlarına yönləndirilməsi, məşğulluq tədbirlərinə cəlb edilməsi və bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Görüşdə sahibkarların insan alverinin potensial qurbanlarının məşğulluğuna dəstək göstərilməsində iştirakının vacibliyi vurğulanmış, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilmişdir. Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən tədbirlər insan alverinin qarşısının alınması, potensial qurbanların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi məqsədi daşıyır.






