Şriftin ölçüsü :

Saytın rəngi :

"İnsan Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib.

12 iyun 2024 | 14:47
   "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib.
  Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək Respublikamızda "İnsan Hüquqları Aylığı" elan edilib. Aylıq çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd Rayon Bölməsinin birgə təşkilatçılığı ilə Salakətin kəd tam orta məktəbində tədbir keçirilib. Tədbirdə çağırışaqədər gənclər, məktəblilər, qazilər və müəllimlər də iştirak etmişlər.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Əfsanə Quliyeva insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əfsanə Quliyeva qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub.
  Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavəd Rayon Bölməsinin əməkdaşı İsmayıl Kamalov bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasını səciyyələndirən mühüm cəhətlərdən biri insan və vətəndaş hüquqlarının kifayət qədər əhatəli şəkildə təsbit olunması və bu hüquqları tanımaq, müdafiə və təmin etməyin isə dövlətin əsas məqsədi olduğunun elan edilməsidir. İsmayıl Kamalov Azərbaycanda insan hüquqları sahəsində, xüsusilə də hərbi qulluqçuların hüquqlarının həyata keçirilməsi istiqamətində görülən işlər və aparılan islahatlar barədə iştirakçılara ətraflı məlumat verib. Çağırışçıların hüquq və vəzifələri barədə qanunvericilik aktlarının müddəalarını diqqətə çatdırıb.
  Tədbirdə çıxış edən Əməkdar müəllim Telli Alıyeva, məktəbli Sinan Əliyev, Vətən müharibəsi qazisi Ruslan Mirzəliyev çıxış edərək tədbir iştirakçılarına insan hüquq və azadlıqları, insan hüquqları və multikultural dəyərlər,hüququnun yaranma tarixi və bu sahədə mövcud olan beynəlxalq sənədlər, yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etmək, fikirlərini ifadə etmək hüquqları barədə məlumat verdilər . Bildirildi ki, “İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır.
Keçidlər