Şriftin ölçüsü :

Saytın rəngi :

İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadə edilməsi.

23 oktyabr 2024 | 16:34

23.10.2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici görüş keçirildi. Görüşün keçirilməsinin əsas məqsədi müəssisə və təşkilat işçiləri arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat verməkdən ibarətdir.

Keçidlər