İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi mövzusunda rayonun müxtəlif idarə və təşkilatlarda görüşlər keçirilmişdir.
27 avqust 2024 | 15:37
İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi mövzusunda rayonun müxtəlif idarə və təşkilatlarında görüşlər keçirilmişdir. Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Həsənov bildirmişdir ki, kağız istirafına yol verməmək, onlardan qənaətlə və təyinatına uyğun istifadə etmək, nəhayət təkrar emal müəssisələrinə təhvil vermək və elektrik enerjisinə qənaət etmək biləvasitə təbiətin qorunmasıdır. Təbiəti qorumaq hər bir vətəndaşın borcudur.. Müxtəlif idarə və təşkilatların işçilərinə tövsiyyə olunmuşdur ki, təbiətin qorunmasına laqeyd qalmasınlar.