Şriftin ölçüsü :

Saytın rəngi :

“Kənd təsərrüfatı işçiləri günü" qeyd edilib

31 oktyabr 2025 | 15:51
“Kənd təsərrüfatı işçiləri günü" qeyd edilib.
31 oktyabr 2025-ci il tarixdə Xocavənd rayonunda “Kənd təsərrüfatı işçiləri günü" münasibətilə tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, rayon Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən kənd təsərrüfatı işçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülmüş işlərdən və əldə olunan uğurlardan danışan rayon rəhbəri bildirib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Aqrar islahatların həyata keçirilməsinə və qeyri-neft sektorunun mühüm istiqaməti olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Görülən işlər, məqsədyönlü və sistemli islahatlar, məhsul istehsalçılarına hərtərəfli dövlət dəstəyi aqrar sektorun inkişafına stimul yaradır, emal sənayesinin inkişafına yol açır.
Kənd təsərrüfatı işçiləri onların əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, bugünkü bayram gününün təsis olunmasının aqrar sahəyə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndiriblər.
Tədbirdə kənd təsərrüfatı sahəsindəki fəaliyyəti ilə fərqlənən bir qrup şəxs Xocavənd Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.
Sonda xatirə şəkli çəkilib.
Keçidlər