Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı yığıncaq keçirilmişdir

17 mart 2025 | 15:39
Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı yığıncaq keçirilmişdir.
17.03.2025-ci il tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin İnzibati binasında rayonun aqrar sektronun inkişafına statistik baxış və bu il keçiriləcək kənd təsərrüfatı siyahıyaalınmasına dair yığıncaq keçirilmişdir. Tədbirdə Yardım komissiyasının sədri, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov müvafiq qrumların rəhbərləri və komissiya üzvləri, ərazi İcra nümayəndələri iştirak etmişdilər.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov tədbiri açaraq mövzu ilə bağlı fikirlərini bildirmiş, 2025-ci ilin iyul-avqust aylarında Xocavənd rayonunda keçiriləcək kənd təsərrüfatının siyahıya alınması ilə bağlı qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır . Tədbirdə eyni zamanda siyahıyaalınmanın keçirilməsi forması, tarixi, təlimatçı nəzarətçilərin və sayıcıların seçilmə qaydası, o cümlədən qəbul edilmiş normativ hüquqi aktlar barədə geniş məlumat verilib . Yığıncaqda qarşıya qoyulan vəzifələrlə bağlı geniş müzakirələr aparıldı və müvafiq tapşırıqlar verildi.
Keçidlər