Şriftin ölçüsü :

Saytın rəngi :

Kişilər arasında 64 xanalı dama üzrə Xocavənd rayon birinciliyi keçirildi.

02 iyun 2024 | 12:39
  Kişilər arasında 64 xanalı dama üzrə Xocavənd rayon birinciliyi keçirildi.
​  02 iyun 2024-cü il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Xocavənd 500 ailəlik qəsəbədə Kişilər arasında 64 xanalı dama üzrə rayon birinciliyi keçirildi. Rayon sakinlərinin asudə vaxtının səmərəli və mənalı təşkili, gənc və yaşlı nəsil arasında ünsiyyətin möhkəmləndirilməsi, dama üzrə rayon çempionunun aşkar olunması məqsədi ilə keçirilən tədbirə 28 nəfər qatılmışdır. Yarışda birinci yeri Quliyev Murad İman oğlu, ikinci yeri Əliyev Tofiq Əbülfət oğlu, üçüncü yeri isə Kərimov Babil Şuru əldə etmişdir. Qaliblər diplomlarla təltif olunublar.
Keçidlər