Şriftin ölçüsü :

Saytın rəngi :

“Kitab Gəzər” komandası Xocavənddə!

05 iyun 2025 | 10:50
“Kitab Gəzər” komandası Xocavənddə!
“Kitab Gəzər” layihəsi Xocavənddə keçirildi. Layihənin əsas məqsədi uşaqlarda oxu vərdişlərini gücləndirmək, mütaliəyə marağı artırmaq və kitab sevgisini aşılamaq idi. Tədbir çərçivəsində şagirdlərlə müxtəlif maarifləndirici və əyləncəli oyunlar oynanıldı, onlara müxtəlif maraqlı kitablar hədiyyə olundu.
Təqdim olunan kitabların mütaliəsi ilə yanaşı, şagirdlərlə kitablar əsasında sual-cavab sessiyaları təşkil olundu. Bu fəaliyyətlər uşaqlarda həm oxuma həvəsini artırdı, həm də onların diqqət, anlama və ifadə bacarıqlarını inkişaf etdirməyə töhfə verdi.
Layihənin rəhbəri və yazıçı Amin Oruc, eyni zamanda gənc yazar, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Həsəni bu cür təşəbbüslərin bölgələrdə təhsilin və maarifçiliyin inkişafı üçün mühüm rol oynadığını vurğuladılar.
Xocavənddə keçirilən bu ilk görüş böyük maraqla qarşılandı və gələcək səfərlər üçün möhkəm bir təməl oldu.
Keçidlər